"Tesla" elektrik avtomobili fabriklərində minlərlə insanabənzər "Optimus" robotu işləyəcək.
Publika.az xəbər verir ki, bunu "SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask bəyan edib.
O hesab edir ki, insanabənzər robotların hərəkət səviyyəsi tezliklə əhəmiyyətli dərəcədə artacaq. Belə ki, onlara şifahi tapşırıq vermək və ya hansısa hərəkəti göstərmək, onlardan da bunu tələb etmək kifayət edəcək.
Qeyd edək ki, "Tesla" gələn il insanabənzər "Optimus" robotlarının satışına başlayacaq. "Optimus" obyektləri qüsursuz şəkildə ayırmaq və əşyaları rənglərinə görə tam avtonom şəkildə çeşidləmək qabiliyyətinə malikdir.
Robot 5-10 il ərzində mükəmməlləşəcək, qiyməti isə 20 min dollardan aşağı olmayacaq.