Hazırda 500 mindən çox NATO hərbçisi yüksək hazırlıq vəziyyətindədir.
Publika.az CNN-ə istinadla xəbər verir ki, bunu Şimali Atlantika Alyansının rəsmi nümayəndəsi Farah Dahlallah deyib.
Onun sözlərinə görə, 2014-cü ildən bəri blok ölkələri kollektiv müdafiədə əhəmiyyətli transformasiyaya məruz qalıb. Dahlallah deyib ki, alyans soyuq müharibədən bəri ən əhatəli müdafiə planlarını həyata keçirib.
Bundan əvvəl Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cosep Borrel bildirib ki, Şimali Atlantika Alyansı yeni müdafiə planlarında Avropada 300 minə yaxın hərbi personalın yüksək səviyyədə olması zərurətindən danışıb.
Bir gün əvvəl Kanadanın Baş naziri Castin Trüdo demişdi ki, Kanada NATO qarşısında öhdəlikləri çərçivəsində müdafiə xərclərini 2032-ci ilə qədər 2%-ə qaldıracaq.
Ottavanın bu il müdafiəyə 1,3% xərcləyəcəyinə işarə edən Trudo hökumətin hədəflərə çatmaq üçün hansı tədbirlər görəcəyini açıqlamayıb.
Hüseyn İbadlı