28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Xərçəng olduğu düşünülən şəxsin ağciyərindən görün nə çıxarıldı

25 iyl 2024 14:00
SƏHİYYƏ
ads

Çində 2 ildir öskürəyi keçməyən bir şəxsin xərçəng xəstəsi olduğu düşünülərkən, əsl səbəbin ağciyərlərində qalmış acı bibər parçası olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, Çinin şərqindəki Zhejiang əyalətində 54 yaşlı Xu davamlı öskürdüyü üçün bitki mənşəli dərman istifadə edib.

Tətbiq etdiyi üsullara baxmayaraq heç bir yaxşılaşma əlaməti olmayan Xu xəstəxanaya getməyə qərar verib.

Müayinələr nəticəsində həkimlər Xunun sağ ağciyərində təqribən 1 santimetrlik kütlə aşkar edib və bunun bədxassəli şiş ola biləcəyi ehtimalını nəzərdən keçiriblər.

Həkimlər Xuya tam diaqnoz qoymaq üçün ağciyər toxumasından bir parça götürüb testlər aparıblar. Testlər nəticəsində həkimlərin bədxassəli şiş olduğunu düşündüyü kütlənin acı bibər parçası olduğu anlaşılıb.

Bu zaman Xu xatırlayıb ki, 2 il əvvəl yemək yeyərkən boğazında bir tikə bibər ilişib və bu zaman kəskin öskürüb.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur