Bir müddət əvvəl “Roma”nın baş məşqçisi postundan qovulan Joze Mourinyo “Bavariya”da işləmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Onların fikrincə, Mourinyo Bundesliqanı qazanmaq arzusundadır. 61 yaşlı portuqaliyalı artıq alman dilini öyrənməklə məşğuldur.
“Bavariya”ya hazırda Tomas Tuxel rəhbərlik edir. Almaniya mətbuatının çalışdırıcını tənqid etməsinə baxmayaraq, klub rəhbərliyi hələ də onu qovmaq niyyətində deyil.
Qeyd edək ki, “Bayer”ə 0:3 hesablı məğlubiyyətdən sonra “Bavariya” artıq Almaniya çempionatının liderindən 5 xal geri qalır.