Birləşmiş Ştatlar və Böyük Britaniya Yəmənin qərbindəki Hudeyda şəhərindəki hərbi dəniz bazasına yenidən zərbələr endirib.
Publika.az xəbər verir ki, "RIA Novosti" bu barədə hökumət strukturlarındakı mənbəyə istinadla məlumat yayıb.
Qeyd edək ki, yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndə "Ənsar Allah" hərəkatının "husiləri"nin 16 obyektinə və 60-dan çox hədəfinə hücum edib. Bir neçə böyük şəhərdə partlayışlar baş verib və Səna hava limanı kütləvi bombardmanlara məruz qalıb.
Amerika ordusu "Tomahawk" qanadlı raketləri ilə, İngilislər isə "Paveway IV" idarə olunan bombaları ilə hücumlar etdiyini bildirib.
Yanvarın 13-də məlum olub ki, Amerika qoşunları Yəməndə "Ənsar Allah" hərəkatının hərbi komandanlığına tabe olan RLS-ə hücum edib.
Hüseyn İbadlı