Türkiyəli məşhur cütlük Anıl Altan və Pelin Akil barələrində gəzən boşanma şaiyələri haqda danışıb.
Publika.az xəbər verir ki, A.Altan Berfu Yenenlerin Yutub proqramında maraqlı açıqlamarı ilə diqqət çəkib.
“Pelin məndən 4 yaş böyükdür. Həmyaşıdlarımla anlaşa bilmirdim. Amma Pelin mənim yanıma eyni yaşda gəlsəydi, yenə də aşiq olardım", - aktyor bildirib.
Anıl Altan deyib ki, bu söz-söhbətlər keçən ildən başlayıb: "6 aydan bir bizi boşamağa çalışırlar. Qızlarımız üçün yaxşı bir pedaqoq axtarırdıq. Bu, “boşanırlar, uşaqları üçün pedaqoq axtarırlar” xəbərinə çevrilib. Biz çox xoşbəxtik və boşanmadan söhbət belə gedə bilməz".
Cəmilə