Mehriban Əliyeva Bolqarıstanın birinci xanımı ilə GÖRÜŞÜB
Vatsap Android üçün dizaynında dəyişiklik etdi
Vatsap Android versiyası üçün messencerin dizaynını dəyişib.
"Qafqazinfo” xəbər verir ki, şirkət bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib:
"Ehtiyacınız olan hər şeyə həmin anda daxil olmağınızı asanlaşdırmaq üçün bəzi elementləri dəyişdirdik".
Belə ki, əvvəlki paneldə dörd nişan var idi: "İcmalar", "Söhbətlər”, “Status" və "Zənglər".
Yeni dizaynda alt panelə daha dörd nişan əlavə edilib. Yeniləmələr bölməsi Status nişanını əvəz edir.
Qeyd edək ki, nişanların sırası da dəyişib: "Söhbətlər", "Yeniləmələr”, “İcmalar” və "Zənglər".
Həmçinin, tətbiqin istifadəsini daha rahat etmək üçün əvvəllər yuxarıda yerləşən naviqasiya paneli indi köçürülüb.