Portağal şirəsi içmək amerikalı Kelli Spahrın həyatını tamamilə dəyişib.
QÜTB.AZ xəbər verir ki, 41 yaşlı Kelli portağal şirəsi almaq üçün getdiyi marketdən həm də lotereya alıb. Bu lotereya ona 250 min dollar qazandırıb.
"Bizim üçün bu, həyatı dəyişən bir məbləğdir", - Kelli qeyd edib.
Qadın əlavə edib ki, bu pul ailəsinə maddi çətinlikləri aradan qaldırmağa və çoxdankı arzularını həyata keçirməyə kömək edəcək.
Ləman