05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Təyyarə qəzası: Çaydan 18 cəsəd çıxarıldı

30 yan 2025 10:00
GÜNDƏM
ads
Advertisement

Vaşinqton yaxınlığında eniş zamanı sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşmasından sonra Potomak çayında xilasetmə əməliyyatı davam edir.

QÜTB.AZ xəbər verir ki, CBS telekanalının məlumatına görə, 18 nəfərin cəsədi çaydan çıxarılıb.

“Potomak çayında aparılan axtarış-xilasetmə əməliyyatları zamanı suda üç dağıntı sahəsi aşkar edilib, yerli vaxtla saat 23:30-a olan məlumata görə, 18 cəsəd tapılaraq çıxarılıb”, - deyə xilasetmə əməliyyatında iştirak edən polis əməkdaşlarından biri bildirib.

Qeyd edək ki, Viçitadan (Kanzas) Vaşinqtona uçan sərnişin təyyarəsinin göyərtəsində 64 nəfər olub, “Black Hawk” helikopterinin ekipajı isə üç amerikalı hərbçidən ibarət olub.

Hadisə Vaşinqtonun Ronald Reyqan Milli Hava Limanına sərnişin təyyarəsi enməyə cəhd edərkən baş verib.

Tural

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur