18.12.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Qızıl yeni tarixi rekord qırdı

18 dek 2025 22:00
DÜNYA
ads
Advertisement

Birja ticarətində qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir unsiya üçün 4400 dollar həddini keçib.

Qutb.az xəbər verir ki, dekabrın 18-də Nyu-Yorkun COMEX əmtəə birjasında fevral fyuçersləri 0,79 faiz bahalaşaraq 4408,6 dollar səviyyəsinə yüksəlib. Bununla da oktyabrın 20-də qeydə alınmış 4398 dollarlıq əvvəlki rekord geridə qalıb.

Ümumdünya Qızıl Şurasının məlumatına görə, qızılla təmin olunan birja fondlarında aktivlərin həcmi bu il may ayı istisna olmaqla bütün aylarda artıb. Son həftələrdə gümüşün qiymətində də yüksəliş müşahidə olunur ki, buna əsas səbəblər bazarda yaranan çatışmazlıq və tədarük zəncirindəki problemlərdir.

"Deutsche Bank" analitikləri gələn il qızılın qiymətinin 3950–4950 dollar aralığında dəyişəcəyini proqnozlaşdırırlar. Bank bu gözləntini investisiya axınlarının sabitləşməsi, mərkəzi bankların qızıla davamlı tələbi və birja fondlarına vəsait axınının artması ilə əlaqələndirir. 2027-ci ildə isə qızılın qiymətinin 5150 dollara qədər yüksələcəyi ehtimal edilir.

2025-ci ilin əvvəlindən bəri qızılın birja qiyməti 60 faizdən çox artıb, gümüşdə isə bu artım 116 faizə çatıb. Bloomberg-in hesablamalarına görə, qızıl bu il 1979-cu ildən bəri ən güclü illik artım göstəricisini nümayiş etdirir. Bu yüksəliş əsasən mərkəzi bankların aktiv alışları, eləcə də investorların istiqraz və valyutalardan uzaqlaşaraq qiymətli metallara yönəlməsi ilə izah olunur.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
165 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur