Rusiyalı müxalifət lideri Aleksey Navalnının saxlandığı həbsxanada vəfat etməsindən sonra ölkə daxilində davam edən etiraz aksiyalarında saxlanılanların sayı 400-ə çatıb.
Publika.az xəbər verir ki, “OVD-İnfo” etiraz monitorinq qrupunun verdiyi açıqlamaya əsasən, ən çox saxlanma Navalnı tərəfdarlarının cəmləşdiyi Sankt-Peterburq və Moskvada olub.
Rusiya müxalifətinin lideri, antikorrupsiya fəalı və hüquqşünas Aleksey Navalnı Rusiya prezidenti Vladimir Putin və onun yaxın çevrəsinin korrupsiya işlərini araşdırırdı.
Qeyd edək ki, o, prezident Vladimir Putin və Kremlə qarşı bəyanatlar verməkdə və “ekstremist” fəaliyyətləri maliyyələşdirməkdə ittiham olunaraq azadlıqdan məhrum edilib.
2022-ci ilin martında dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə 9 il həbs və 1 milyon 200 min rubl cərimə cəzasına məhkum edilən Navalnıya qarşı həbsdə olduğu müddətdə ümumilikdə 5 müxtəlif ittihamla iddia qaldırılıb.
Roza