Vyetnamda yaşayan 80 yaşlı fermer Thai Nqok 20 yaşında qızdırması olduqdan sonra 60 ildir yatmadığını iddia edir. Bu hal onun həyatına qətiyyən təsir etməyib və normal həyatına davam edir.
Publika.az xəbər verir ki, Nqokun ailəsi də bu 60 il ərzində onun yatdığını görmədiklərini deyiblər.
Nqok "Yuxu azlığının sağlamlığıma təsir edib-etmədiyini bilmirəm, amma mən hələ də sağlamam və başqaları kimi normal təsərrüfat işləri ilə məşğul ola bilirəm" deyib.
Nqok, heç vaxt alimlər tərəfindən düzgün sınaqdan keçirilməyə və müşahidə olunmağa razı olmadığı üçün onun və yaxınlarının iddiaları yeganə etibarlı dəlildir.
Roza Şəfiyeva