“Napoli”nin yarımmüdafiəçisi David Neres İtaliya çempionatının 3-cü turunun “Parma” ilə oyunundan (2:1) sonra silahlı quldurluğa məruz qalıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Neresin həyat yoldaşı sosial şəbəkədəki səhifəsində yazıb:
“David çöldə onu gözləyən azarkeşlərlə görüşə bilmədiyi üçün üzr istəmək istəyir. O, oyundan sonra stadionu tərk etmək istəyəndə motosikletdə olan iki nəfər onun avtomobilini vuraraq Davidi silah gücünə qarət edib”.
Xatırladaq ki, Neres “Napoli”yə 2024-cü ilin avqustunda “Benfika”dan keçib. Hazırda futbolçunun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.