Ötən il oktyabrın 7-də müharibə başlayandan bəri Qəzza zolağının müxtəlif ərazilərində 71 338 nəfər viruslu hepatitə yoluxub.
Publika.az xəbər verir ki, Qəzza zolağı hökumətinin mətbuat xidməti bu haqda məlumat yayıb.
Hesabatda 1,7 milyondan çox fələstinlinin ağır köçkün şəraiti nəticəsində yoluxucu xəstəliklərə tutulduğu bildirilib.
Həmçinin Qəzzada xroniki xəstəliyi olan 350 000 insanın İsrail ordusunun zəruri dərmanların idxalına mane olması səbəbindən böyük risk altında olduğu vurğulanıb.
Cəmilə