"Real"dan ayrılmağa hazırlaşan kapitanı Naço Fernandes doğma komandasında qala bilər.
Publika.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını MLS-də davam etdirmək istəsə də, heç bir klubla razılığa gələ bilməyib. Bundan əlavə, ailəsini Səudiyyə Ərəbistanına aparmaq istəmədiyi üçün "Əl-Nəsr"in təklifindən də imtina edib.
“Football Espana”nın məlumatına görə, “Real”ın baş məşqçisi Karlo Ançelottinin də onunla bağlı planı var. İtalyan mütəxəssis daha bir mövsüm Madrid klubunda qalmaq xahişi ilə Naçoya şəxsən müraciət edib. O, mövsüm ərzində oyun müddətinin azlığından narazı idi, lakin David Alaba və Eder Militaonun zədələnməsi səbəbindən mövsümün sonunda müntəzəm olaraq start heyətində çıxış edib.
Qeyd edək ki, Naço "Real"ın yetirməsidir və 2011-ci ildən əsas komandada çıxış etməyə başlayıb.
Heybət