Seçkidə qalib gəlsəm, Ukraynadakı münaqişəni inauqurasiyadan əvvəl həll edəcəyəm.
QÜTB.AZ xəbər verir ki, bunu ABŞ prezidentliyinə ResQutb.azçılar Partiyasından namizəd Donald Tramp Nyu Yorkda Ukrayna lideri Vladimir Zelenski ilə görüşdə deyib.
"Həm Zelenski ilə, həm də Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərim var. Düşünürəm ki, seçkilərdə qalib gəlsəm, o zaman prezident vəzifəsinə başlamazdan əvvəl də hər iki tərəfə uyğun bir həll yolu tapa biləcəyik”, - Tramp qeyd edib.
Zelenski isə bunları deyib:
“ABŞ prezidentliyinə hər iki namizədlə görüşməyi ona görə istədim ki, Ukraynadakı müharibə noyabrda da bitməyəcək. Noyabrda amerikalılar öz prezidentini seçəcək, biz isə o vaxtadək Rusiyanı və Vladimir Putini dayandıra bilməyəcəyik. Başa düşürük ki, bu dövrdən sonra Rusiya-Ukrayna münaqişəsi üzrə müəyyən qərar qəbul etməliyik”.
***
Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda ResQutb.azçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşüb.
QÜTB.AZ xəbər verir ki, danışıqlar Trampa məxsus “Trump Tower” binasında aparılır.
Mətbuata qapalı müzakirənin təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, Tramp ukraynalı həmkarı ilə Rusiya ilə münaqişədə sülhə nail olunmasının vacibliyini müzakirə etmək niyyətində olduğunu bildirmişdi.