Meksikanın Sinaloa əyalətində ordu ilə kartel arasında baş verən qarşıdurmada 19 kartel üzvü ölüb, yerli kartel lideri isə həbs edilib.
QÜTB.AZ xəbər verir ki, Meksikanın Sinaloa əyalətinin paytaxtı Culiacan şəhərinin 11 kilometr kənarında 30-dan çox kartel üzvü əsgərlərə atəş açıb.
Əsgərlərin cavab atəşindən sonra münaqişə başlayıb və bəzi kartel üzvləri hadisə yerindən qaçıblar. Meksika Müdafiə Nazirliyindən verilən açıqlamada qarşıdurmada 19 dəstə üzvünün öldürüldüyü, bir kartel liderinin həbs edildiyi açıqlanıb. Saxlanılan şəxsin Edvin Antonio "N" olduğu və İsmayıl "El Mayo" Zambadanın rəhbərlik etdiyi Sinaloa kartelinin yerli lideri olduğu müəyyən edilib.
Bildirilib ki, münaqişədən sonra 7 maşın və 30 odlu silah, o cümlədən pulemyot, döyüş sursatı, hərbi jilet və dəbilqə götürülüb.
Aysel Şahmar