Bakıda külli miqdarda aksiz markasız siqaret aşkar edilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bakı şəhəri Xətai və Suraxanı rayonları ərazisində Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi nəqliyyat vasitələrinə baxış keçirilib və avtomobillərdən üzərində aksiz markası olmayan 44800 ədəd siqaret aşkar edilib.
Hər 2 fakt üzrə ölkə ərazisinə qanunsuz yollarla gətirilən və aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.
Hər iki faktla bağlı araşdırma aparılır.