“İntellektual Media Kuboku” layihəsi həyata keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “İRƏLİ” İctimai Birliyinin tərəfdaşlığı, Alidə Məmmədovanın layihə rəhbərliyi ilə “İntellektual Media Kuboku” layihəsi həyata keçirilib.
Ümumilikdə 3 gün davam edən layihədə jurnalistika tələbələri, jurnalistlər və media sahəsinə maraqlı gənclərdən ibarət 12 komanda yarışıb.
Layihənin əsas məqsədi gənclərin media sahəsinə olan marağını və bu sahədəki biliklərini artırmaq olub.
Yarışın nəticələrinə əsasən, Vortex komandası (BDU) I yerə layiq görülərək İntellektual Media Kubokunun sahibi olub. Mediallektual komandası (BDU) II yerə Report komandası (Report İnformasiya Agentliyi) isə III yerə layiq görülüb. Qaliblər medal və sertifikatlarla mükafatlandırılıb.
Qeyd edək ki, layihə “İdeyanı Reallaşdır” qrant müsabiqəsinin qaliblərindəndir.