Ölkəmizi Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
QÜTB.AZ xəbər verir ki, klub qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib. Bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
“Qarabağ” klubunun müraciətini, “Şamaxı” klubunun razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/25-ci illər Futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq 3-cü turun “Şamaxı” – “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, klubların əvəzedici heyətlərinin oyunu ilə bağlı hər hansı bir dəyişiklik yoxdur.