06.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Xanım vəkilə Sevgililər Günündə görün nə göndərdilər

15 fev 2024 12:00
HADİSƏ
ads
Advertisement

Üzərində “Bu, sənə hədiyyəmdir, Valentin” yazılan uşaq tabutu İrkutsk vilayətindən olan vəkil Anna Onisyukun evinə göndərilib.

Publika.az xəbər verir ki, BG İrkutsk Telegram kanalında yayılan məlumata əsasən rusiyalı vəkil "Kristal Park" kottec kəndinin bir qrup sakini ilə birlikdə ərazidə çoxmərtəbəli bina tikməyi planlaşdıran inşaatçı ilə uzun müddətdir mübarizə aparır.

Naməlum şəxslər fevralın 15-nə keçən gecə vəkilin evinə adı çəkilən hədiyyəni göndəriblər. Bu barədə İrkutsk vilayətinin sakini qubernatorun kanalında yazıb və polisə zəng edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları itlə birlikdə tabutda partlayıcı maddə olub-olmadığını yoxlayıblar. Uşaq tabutunun içində heç nəyin olmadığı üzə çıxıb.

Hadisənin digər təfərrüatlarını aydınlaşdırmaq üçün vəkil xanım şöbəyə dəvət olunub.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur