28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Oturaq həyat tərzi ilə bağlı MİF DAĞIDILDI

20 noy 2024 04:01
SƏHİYYƏ
ads
Advertisement

Oturaq həyat tərzi, hətta kifayət qədər idman edənlər üçün də ürək xəstəliyi riskini artırır.

QÜTB.AZ xəbər verir ki, bu barədə JACC jurnalında dərc edilən araşdırmada deyilir.

Qeyd edilib ki, uzun müddət oturduqdan sonra fiziki fəaliyyət sağlamlığı qorumaq üçün kifayət olmaya bilər,

Alimlər maşın öyrənməsi alqoritmindən istifadə edərək 89 min insanın məlumatlarını təhlil ediblər. Uzun müddət oturmaq (yaxud uzanmaq və ya yatmaq) ürək xəstəliyi riskinin artması ilə əlaqələndirilib. Burda, gecə yuxusunda uzanma dövrləri nəzərə almır.

Oturaq həyat tərzi hər dörd növ ürək-damar xəstəliyinin daha yüksək riski ilə əlaqələndirilib. Gündə 10,6 saatdan çox oturaraq keçirənlərdə ürək çatışmazlığı və ürək-damar xəstəliklərindən ölüm ehtimalı 40-60% yüksək olub.

Oturaq həyat tərzinin mənfi təsirlərinin çoxu hətta ÜST-ün həftədə 150 ​​dəqiqədən çox idman etmək tövsiyələrinə əməl edən insanlar arasında da davam edib. Məsələn, məşq oturaq həyat tərzi ilə atrial fibrilasiya və infarkt riskini azaldır. Bununla belə, onlar ürək çatışmazlığının inkişafına və ya ürək xəstəliyindən ölüm riskinə təsir etməyib.

Nəticələr ürək-damar xəstəliklərinin qarşısının alınması üçün tövsiyələri yaxşılaşdırmağa kömək edəcək. Gələcəkdə alimlər oturaq həyat tərzinin sağlamlığın digər aspektlərinə necə təsir etdiyini öyrənməyi planlaşdırırlar.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur