Ötən gün Antalyanın Alanya rayonunda Ukrayna vətəndaşı Dmitri C onun 35 min avro pulunu oğurlayan azərbaycanlıları öldürüb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Ukrayna vətəndaşı avtomobili ilə pulunu oğurlayan və motosikletlə qaçmağa çalışan Azərbaycan vətəndaşları Murat O. və Elnur B.-ni vuraraq öldürüb.
Hadisədən sonra saxlanılan Ukrayna vətəndaşı bu gün məhkəməyə çıxarılıb və həbs edilib. Ukrayna vətəndaşının elektron ticarətlə məşğul olduğu bildirilir.
Milli.Az