“Sevilya”nın “Qarabağ”ın hücumçusu Olavio Juninyonun transferini tamamlamağa yaxın olması Türkiyənin “Fənərbağça” klubunda böyük təəssüfə səbəb olub.
QÜTB.AZ xəbər verir ki, bu barədə Türkiyənin aparıcı KİV-ləri məlumat yayıb.
İstanbul klubunun braziliyalı forvardı mövsümün əvvəlində transfer etmək imkanı olub. Lakin “Fənər” rəhbərliyi başqa variantlara üstünlük verib.
Juninyonun La Liqanın köklü klublarından “Sevilya” ilə anlaşması isə “sarı-lacivərdlilər”in peşmanlıq çəkməsinə səbəb olub.
Qeyd edək ki, Əndəlüs klubunun bir neçə gün ərzində 28 yaşlı futbolçunun transferini tamamlayacağı ehtimal edilir. “Sevilya” bu keçidin reallaşması üçün “Qarabağ”a son olaraq 3+1 milyon avro təklif etdiyi bildirilir.
Qutb