Türk müğənni Mustafa Ceceli Bakıda dəbdəbəli toy mərasimində iştirak edib.
Qutb.az xəbər verir ki, tədbirdə Mustafa həm öz hitlərini, həm də Azərbaycan mahnılarını səsləndirib.
Cecelidən əlavə toyda Xalq artisti Aygün Kazımova, Əməkdar artist Ədalət Şükürov, müğənnilər Günel Zeynalova, Tunar Rəhman da səhnə alıb. Özəl günün təşkilatçısı Seva Sultan olub.
Sözügedən sənətçilərin naxçıvanlı iş adamının məclisində çıxış etdiyi bildirilir.
Toy sahibinin kimliyi isə mətbuatdan gizli saxlanılır.