Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın ABŞ-a səfər edib.
Publika.az xəbər verir ki, o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə görüşəcək.
Onun Ağ Ev, Konqres və Xarici İşlər Nazirliyində də görüşləri nəzərdə tutulub.
Məlumata görə, Kalın Qəzza, İraq və Suriyada müharibənin dayandırılması, eləcə də atəşkəs barədə müzakirələr aparacaq. Bundan əlavə, Ukrayna müharibəsi və Cənubi Qafqazdakı vəziyyət də gündəmdə olacaq.