ABŞ prezidenti Co Bayden milyarder və sahibkar İlon Maskı tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə Amerika lideri "X" sosial şəbəkə hesabında yazıb.
Bayden Maskı ABŞ prezident seçkilərini satın almağa çalışmaqda ittiham edib
Bayden Mask və onun zəngin dostlarından bezdiyini deyib. O, Donald Trampın və bir iş adamının fotoşəkili, həmçinin Trampı “məğlub etmək” çağırışı ilə təsvir olunan Demokratlara ianələr üçün vebsaytın linkini də əlavə edib.
Bundan əvvəl “Wall Street Journal” yazıb ki, Mask Trampın seçki kampaniyasına dəstək məqsədi ilə yeni siyasi komitəyə ayda 45 milyon dollar ayırmaq niyyətindədir. Lakin milyarderin özü bu məlumatı saxta adlandırıb.
Eyni zamanda "Bloomberg", Maskın Trampın seçki kampaniyasına ianə verdiyini yazıb. İanənin ölçüsü göstərilmir, lakin “məbləğin əhəmiyyətli olduğu” məlumdur.
Qeyd edək ki, may ayında Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə Maskı özünə məsləhətçi etməyə hazır olduğunu bildirib.
SpaceX və Tesla şirkətlərinin rəhbəri ABŞ-ın hazırkı prezidentini dəfələrlə tənqid edib. Mask qarşıdan gələn prezident seçkilərində Respublikaçılara səs verəcəyini açıq şəkildə bildirib.
Milyarderin fikrincə, Bayden üçüncü dünya müharibəsini təhrik etməyə qadirdir . O, siyasətçini Ukrayna və Qəzza zolağı münaqişəsi ilə bağlı mövqeyinin uyğunsuzluğuna görə tənqid edib .
Cəmilə