Qusar rayonunun Hil kəndində qaynatasının evinə gələn kürəkən yanıq xəsarətləri alıb.
Milli.Az APA-ya istinadla xəbər verir ki, İmamqulukənd kənd sakini 41 yaşlı Güləli Yaralıyev ağır yanıq xəsarətləri ilə Qusar Mərkəzi rayon Xəstəxanasına gətirilib. Ona II dərəcəli termik yanıq diaqnozu qoyulub.
Vəziyyəti ağır olduğundan pasient paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. Onun ailə münaqişəsi zamanı yanıq xəsarətləri aldığı bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az