İranın Şəhrikord və Borucen şəhərləri arasındakı magistral qaz kəmərində partlayış və ardınca yanğın baş verib. Tələfat barədə məlumat yoxdur.
Publika.az xəbər verir ki, bu barədə yerli “Mehr” xəbər agentliyi respublikanın yanğınsöndürmə xidmətinin məlumatlarına istinadən məlumat yayıb.
“Dəhşətli partlayış səsi və onun yaratdığı yanğın ölkənin magistral qaz kəmərində baş verib. Hələlik itkilər barədə məlumat yoxdur”, - məlumatda deyilir.
Borucen bələdiyyə başçısı Fətah Karemi xilasetmə və yanğınsöndürmə briqadalarının hadisə yerində olduğunu bildirib: “Boruda qalan qaz həcmi tamamilə bnitənə qədər yanğın davam edəcək. Hazırda Borucendən İranın digər bölgələrinə qazın nəqli dayandırılıb”.
Rəsmi məlumatda qaz kəmərinin partladılmasının təxribat olduğu bildirilib.