İstanbul Hava Limanı 15-21 aprel tarixləri arasında Avropanın ən işlək hava limanı olub.
Publika.az xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatı dərc olunub.
Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1 424 uçuş həyata keçirərək Avropanın ən işlək hava limanları arasında birinci olub.
İstanbul hava limanını gündə 1 314 uçuşla Amsterdam Schiphol, 1 306 reyslə London Hitrou hava limanı izləyib.