29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Traktor" klubunun sahibindən paniranistlərə ŞİLLƏ KİMİ CAVAB

16 okt 2024 00:00
İDMAN
ads
Advertisement

Bu ilin yayında Məsud Pezeşkianın öz türk və azərbaycanlı kimliyini xüsusi vurğulamaqla İran prezidenti seçilməsi paniranist dairələrin ciddi narahatlığına səbəb olub.

QÜTB.AZ xəbər verir ki, onlar Pezeşkianın gəlişi ilə ölkədəki etnosiyasi münasibətlərdə yeni bir mərhələnin başlandığının fərqində olduqları üçün mədəni-ictimai sferada hakim iranlı kimliyindən və onun əsas dayağı olan fars dilindən fərqli istənilən təzahürü dözümsüz qarşılayır, az qala İranın bütövlüyünə və dövlət təhlükəsizliyinə qəsd kimi dəyərləndirirlər.

Hətta bir müddət əvvəl Məsud Pezeşkianın Güney azərbaycanlı mədəni fəal Rəşid Daneşcuyiyə öz ana dilində verdiyi kiçik müsahibə paniranist dairələri elə qəzəbləndirdi ki, onlar ölkə prezidentini "separatçılara fürsət yaratmaqda" ittiham etdilər.

Son günlər isə Güney azərbaycanlıların milli duyğuları və varlığının rəmzinə çevrilmiş "Traktor" futbol klubu, eləcə də klubun sahibi, təbrizli iş adamı Məhəmmədrza Zünuziyə məxsus "Ata" Hava Yolları şirkəti paniranistlərin hədəfinə tuş gəlib.

Amma zaman dəyişib, artıq Güney Azərbaycan türkləri qondarma "İranşəhri" nəzəriyyəsinə söykənən şovinsitlərin hədyan və böhtanları önündə susmaqdan çox uzaqdırlar və öz haqlı mövqelərini istənilən müstəvidə müdafiə etməyi bacarırlar.

Üç gün öncə Məhəmmədrza Zünuzinin sahibi olduğu kluba və aviasiya şirkətinə yönəlik ittihamlara verdiyi sərt reaksiya bunun bariz nümunəsi sayıla bilər.

"Mən ağzıma qıfıl vurmaq fikrində deyiləm" - söyləyən 57 yaşlı biznesmenin güclü məntiqə və təmkinli cəsarətə dayanan təqribən yarım saatlıq müsahibəsi sözün həqiqi mənasında paniranistlərə şillə kimi bir cavabdır.

Ətraflı "Azad İran" "YouTube" kanalının süjetində:

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur