Bakıda qəza olub, yolda sıxlıq yaranıb.
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu səbəbdən də prospektdən üzü şəhər istiqamətinə yolda sıxlıq yaranıb.
"Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb edilib", - məlumatda qeyd olunub.
Milli.Az