29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Rusiya Şoru ekstradisiya etməkdən imtina etdi

15 fev 2024 11:00
GÜNDƏM
ads

Rusiya moldovalı iş adamı və müxalif siyasətçi İlan Şorun ölkədə olduğunu təsdiqləyib və onu ekstradisiya etməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə İnterpolun Moldova üzrə rəhbəri Viorel Sentiu bildirib.

“Bu gün mən rusiyalı həmkarlarımdan Şorun Rusiya Federasiyası ərazisində olmasını təsdiqləyən məktub aldım. Lakin Moskva onu Moldovaya ekstradisiya etməkdən imtina edir. Rusiya hakimiyyəti konstitusiyanın 3-cü maddəsinə istinad edir ki, bu maddədə təşkilatın siyasi, hərbi, dini və irqi məsələlərə qarışmaması göstərilir”.

Sentiunun sözlərinə görə, İnterpol müxalifətçinin Rusiyada olmasını təsdiqləmək üçün fevralın əvvəlində sorğu göndərib. 2023-cü ilin aprelində Moldovada o, qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib və əmlakı müsadirə olunub.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur