28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Azərbaycanlılar Norveçdə ilk baharı Qarabağ Zəfəri ilə qarşıladılar

21 mar 2024 19:00
HADİSƏ
ads

Norveçin paytaxtı Osloda “Zəfərin ilk baharı” adlı tədbir keçirilib.

Publika.az
xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Beynəlxalq Muğam Mərkəzinin, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı- NAYO, Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin və Oslo Azərbaycan Evinin dəstəyi ilə keçirilən tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Norveç üzrə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Ramil Əliyev qeyd edib ki, 44 günlük Vətən Müharibəsində qazandığımız qələbə və 19 sentyabr 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulub və ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa olunub.

“Bu bahar Zəfərimizin ilk baharı olduğu üçün, tarixi ədalətin bərqərar olduğunu nəzərə alaraq "Zəfərin ilk baharı” adlı tədbir Norveçdə yaşayan azərbaycanlıların, cəmiyyətimizin dostlarının bir araya gəlməsinə, dostluq və həmrəyliyimizin möhkəmlənməsinə xidmət edəcək” – deyə o bildirib.

Daha sonra Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagird və valideynləri Vətən, Novruz bayramına həsr edilmiş şeirlər səsləndirib, Novruzun rəmzi olan Bahar qızı tədbir iştirakçılarının bayramını təbrik edib, Kosa və Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.

Tədbir çərçivəsində Novruz bayramı və baharın gəlişinə həsr edilmiş, milli və qədim adət-ənənələrimizi nümayiş etdirən və mədəniyyətimizi təbliğ edən sərgi nümayiş olunub.

Tədbirdə Norveç Azərbaycanlıları Gənclər Təşkilatı-NAYO və Oslo Azərbaycan Evinin dəstəyi ilə Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagirdi Səlim Abbaszadənin müəllifi olduğu və Azərbaycan tarixini, Qarabağ münaqişəsini və qazandığımız parlaq Zəfəri işıqlandıran, norveç və ingilis dillərinə tərcümə olunmuş “Sən elə bir zirvəsən” adlı kitabın təqdimatı da baş tutub.

Eyni zamanda Beynəlxalq Muğam Mərkəzi ilə Oslo Azərbaycan Evi arasında memorandum imzalanıb. Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə bildirib ki, bu memorandum muğamımızın Skandinaviya ölkələrində geniş təbliği və gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçirilməsinə yeni imkanlar yaradacaq.

"Zəfərin ilk baharı” adlı konsertdə Beynəlxalq Muğam Mərkəzinin solistləri, tanınmış xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyevanın ifalarını tədbir iştirakçıları rəğbətlə qarşılayıblar.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur