28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Əliyevin dediklərinə qulaq asmaq lazımdır, Rusiya və İran...

06 fev 2024 08:00
GÜNDƏM
ads
Advertisement

“Ermənistan səriştəli hərəkət etməlidir ki, Rusiyadan nəsə ala bilsin”.

Publika.az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.

O bildirib ki, Rusiyanın Ermənistanın problemlərini həll edəcəyinə ümid etmək sadəlövhlükdür.

Xaçikyan vurğulayır ki, Ermənistan özünün əsl müttəfiqlərindən - Rusiya və İrandan uzaqlaşaraq, Qərb “nağılçılarının” yolu ilə gedir: “İran artıq bəyan edib ki, Ermənistanın sərhədlərinin dəyişdirilməsi müharibəyə səbəb olacaq. ABŞ isə bəyan edib ki, İranın Qafqazda heç bir rol oynamasına imkan verməyəcək. Bu nə deməkdir? ABŞ kimin tərəfindədir? Bunu beş yaşlı uşaq belə başa düşəcək. Rusiya da Ermənistanın dünya xəritəsindən silinməsində maraqlı deyil, çünki qüdrətli türk dövləti yarana bilər ki, gec-tez Rusiya ilə toqquşacaq”.

Politoloq xatırladır ki, ABŞ və Aİ onlardan hərbi yardımın olmayacağını dəfələrlə bəyan ediblər. Onun sözlərinə görə, Ermənistanın İrandan kömək istəmək üçün real imkanları var. İrəvan buna nail olsa, Fransa ciddi hərbi texnika tədarükçüsü ola bilər.

Xaçikyan qeyd edir ki, təhlükəsizlik sistemini şaxələndirmək lazımdır ki, İrəvanla əməkdaşlıq edən ölkələr ermənilərlə bağlı münaqişə etməsinlər və eyni zamanda onlara kömək etsinlər: “Ancaq indiki hakimiyyət bunu edə bilmir. Ermənistanda hakim siyasi qüvvə ya Qərbin maraqlarını təmsil edir, ya da ölkəmizin gələcəyinin Qərblə əməkdaşlıqda olduğuna inanır. Bu, hazırkı siyasi komandaya güvənməyən İranla hərbi əlaqəyə maneələr yaradır”.

“Əslində nə baş verdiyini anlamaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin dediklərinə qulaq asmaq lazımdır. Çünki faktlar onun İrəvana öz iradəsini diktə etdiyini göstərir. Xüsusilə, söhbət Ermənistanda konstitusiya islahatlarından gedir”, - Xaçikyan vurğulayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur