Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger televiziyada işləyərkən komik vəziyyətə düşüb.
Publika.az xəbər verrir ki, o, Avro-2024-ün Çexiya - Portuqaliya oyununda (1:2) ekspert kimi çalışıb. Matçın fasiləsi zamanı verilişdə Kriştiano Ronaldonun evində oğlu, kiçik Kriştianonun 14 yaşının tamam olması münasibəti ilə keçirilən tədbirin görüntüləri nümayiş etdirilib.
Ronaldonun sevgilisi Corcina Rodrigez kamera qarşısından keçərkən Şvaynştayger “kadrda maraqlı bir şey var” deyib. Aparıcı Ester Sedlasek bu ifadəni Corcinanın ombasına iltifat kimi qəbul edib. "Oh, Basti!" - deyə cavab verib.
Şvaynştayger öz şərhini maraqlı formada əsaslandırıb. O, "atası Portuqaliya millisində oynasa da, kiçik Kriştiano Almaniya millisinin formasını geyinib və bu onun üçün maraqlı olub" deyib. Daha sonra isə aparıcıya "Bəs sən hara baxırdın?" - sualını verib.
Heybət