"High Precision Complexes" (Yüksək Dəqiqlikli Komplekslər) holdinqi kamikadze kimi istifadə oluna bilən təkərli robot yaradıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bu “araba” artıq düşmənin dayaq məntəqələrindən birinə hücum zamanı Ukrayna müharibəsində istifadə olunub.
“Onu uzaqdan idarə etmək və döyüş şəraitində onunla istənilən məqsədə çatmaq olar. Onun döyüş sursatı daşımaq, yaralıları təxliyə etmək kimi bacarıqları da var. Hələlik platformada işlər davam edir”, - deyə mənbə bildirib.
Adəm