Belçikanın paytaxtı Brüsseldə fermerlər növbəti dəfə etiraz aksiyası keçirmək üçün bir araya gəlib. Bu dəfə yanlarında inək modelləri də olub.
Publika.az xəbər verir ki, süd istehsalçıları ölkə bayraqlarının rənglərini daşıyan 20 inək modeli ilə Brüssel küçələrinə çıxaraq zəng çalıblar.
Fermerlər modelləri daşıyan traktoru Avropa Parlamentinin qarşısına çəkiblər. Almaniya, İtaliya, Fransa, Litva, İrlandiya, Belçika və Danimarkadan olan etirazçılar qiymət artımı tələb ediblər. Onlar açdıqları pankartlarla səslərini deputatlara çatdırmağa çalışıblar. Aİ üzv olan ölkələrdə fermerlər bir müddətdir ki, etiraz aksiyaları təşkil edirlər.
Aysel Şahmar