ABŞ daha beş fiziki və beş hüquqi şəxsi əlavə edərək Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Üç Rusiya vətəndaşı, eləcə də iki Latviya və Ukrayna vətəndaşı sanksiyaya məruz qalıb.
Siyahıya həmçinin ABŞ, Tailand, Böyük Britaniya, BƏƏ-dən olan təşkilatlar, habelə London, Moskva, Riqa, Sinqapur və İstanbulda nümayəndəlikləri olan şirkətlər daxildir.