29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Britaniya son 70 ilin ən pis maliyyə böhranı ilə üz-üzə

25 may 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Britaniyanın növbəti hökuməti 1950-ci illərdən bəri ən böyük büdcə problemi ilə üzləşəcək. Yüksək borc, yüksək faiz dərəcələri və aşağı iqtisadi artım yeni hökuməti gözləyir.

Publika.az xəbər verir ki, "Bloomberg" bu barədə Britaniya Maliyyə Tədqiqatları İnstitutunun analitik mərkəzinə istinadən məlumat yayıb.

İnstitutun direktoru Pol Consonun sözlərinə görə , bu problemi həll etmək üçün hökumət üç variantdan birini seçməli olacaq: dövlət xidmətlərinə xərcləri “ağrılı şəkildə” azaltmaq, artıq demək olar ki, son 70 ilin ən yüksək həddinə çatmış vergi yükünü artırmaq və ya yeni üsullara əl atmaq.

Qeyd edək ki, Avropa İttifaqından çıxmaqla bağlı referendumdan sonra Böyük Britaniya iqtisadiyyatı bir sıra problemlərlə, o cümlədən artan inflyasiya, habelə koronavirus pandemiyası və Brexit fonunda çoxlarının ölkədən getməsi nəticəsində yaranan sürücü çatışmazlığı ilə üzləşib.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur