19.11.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Dağlıq rayonlarda şagirdlərin sayı azalır - Komitə sədri

19 noy 2025 17:00
GÜNDƏM
ads
Advertisement

Təhsil Tələbə Krediti Fondu ehtiyacı olan hər bir tələbəyə kredit vermək üçün müəyyən dəyişikliklər etməlidir.

Qutb.az xəbər verir ki, bunu Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat həmçinin qeyd edib ki, hər il dağlıq rayonlarda şagirdlərin sayı azalır. Ailələr müxtəlif səbəblərdən kəndləri tərk edir. Bununla bağlı köklü qərarların qəbuluna ehtiyac var. 

“Pedoqoji təhsilli gənclərin kənd və rayonlarına göndərilməsinə mane olan səbəblər tamamilə aradan qaldırılmalıdır.

Müəllimlərin sertifikasiyası müəllim nüfuzunun artırılması, savadlı müəllim probleminin həlli üçün vacibdir. Bu istiqamətdə şəffaflığın artırılmasına daha çox ehtiyac var.

Hər il kifayət qədər məktəb və bağça tikilir, təmir olunur. Bu istiqamətdə büdcənin artırılmasına ehtiyac var” – deyə komitə sədri təkliflərini də bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur