"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah yay transfer pəncərəsində İngiltərə klubunu tərk edə bilər.
Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanın "Əl-Hilal" klubu oyunçunu almaqda maraqlıdır. "Mavi-ağlar" onun uğrunda mübarizəyə qoşulub. Bu barədə "TodoFichajes" məlumat yayıb,
Daha əvvəl Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-İttihad”ın Salahla maraqlandığı bildirilirdi.
Xatırladaq ki, misirli futbolçu 2017-ci ildə “Roma”dan “Liverpul”a keçib. Bu mövsüm Məhəmməd Salah İngiltərə komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib və 18 qol vurub, 9 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyon avrodur.
Heybət