Çin son bir ildə nüvə başlıqlarının sayını artırıb.
Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yaydığı məlumatda bildirilib.
SIPRI-nin Çinin nüvə arsenalının həcminə dair təxminlərinə görə, 2022-ci ilin yanvarında bu ölkənin 350 nüvə döyüş başlığı var idi, lakin 2023-cü ilin yanvarında bu rəqəm 410-a yüksəlib və artımın davam edəcəyi gözlənilir: "Qüvvələrini necə strukturlaşdırmaq qərarından asılı olaraq, Çin potensial olaraq on ildə ABŞ və ya Rusiya kimi ən azı qitələrarası ballistik raketlərə (ICBM) sahib ola bilər”.
SIPRI-nin Kütləvi Qırğın Silahları Proqramının baş elmi işçisi və Amerika Alimləri Federasiyasının (FAS) Nüvə İnformasiyası Layihəsinin direktoru Hans Kristensen Çinin öz nüvə arsenalını əhəmiyyətli dərəcədə genişləndirməyə başladığını bildirib: "Bu tendensiyanı Çinin bəyan etdiyi milli təhlükəsizliyini qorumaq üçün lazım olan minimum nüvə qüvvələrinə malik olmaq məqsədi ilə müqayisə etmək getdikcə çətinləşir”.
///Apa