29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

“İnter” İtaliya Superkubokunun qalibi oldu

22 yan 2024 23:00
İDMAN
ads

“Əl-Avval Park” stadionunda (Ər-Riyad, Səudiyyə Ərəbistanı) İtaliya Superkubokunun final oyunu başa çatıb.

Publika.az xəbər verir ki, “İnter” ölkə çempionu “Napoli”ni məğlub edib. Görüş 1:0 hesabı ilə başa çatıb.

Matçda yeganə qol əsas vaxta əlavə olunan ilk dəqiqədə vurulub - Lautaro Martines fərqlənib. Pavar sağ cinahdan cərimə meydançasının mərkəzinə ötürmə edib, argentinalı rəqib qapısına dəqiq zərbə endirib.

Qeyd edək ki, 60-cı dəqiqədən etibarən neapollular azlıqda çıxış ediblər. Hücumçu Covanni Simeone ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Milan klubu üçün İtaliya Superkubokunda bu qələbə artıq tarixdə səkkizinci olub. “İnter” artıq üçüncü ildir, kuboku qazanır.

Turnirin yarımfinalında “İnter” “Latsio”ya 3:0 hesabı ilə qalib gəlib.

Ölkə çempionatında "İnter" "Yuventus"dan sonra ikinci yeri tutur. Bununla belə, Simone İnzaqinin yetirmələri bir oyun az keçiriblər. “Napoli” liderdən 21 xal geri qalaraq 9-cu yerdədir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur