"Real" "Bayern"in müdafiəçisi Alfonso Devyis ilə müqavilə bağlaya bilməyəcək.
QÜTB.AZ xəbər verir ki, kanadalı futbolçu Almaniya klubu ilə müqaviləsini uzatmağa yaxındır. Bu barədə "The Atletic" məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər hələlik yeni razılaşmanın son detallarını həll etməlidirlər. Müqavilə 4 il müddətinə uzadılacaq.
Bildirilir ki, "Real" və Premyer Liqa klubları Alfonso ilə müqavilə bağlamaq şanslarını gözləməkdə davam edirlər, lakin indi bunların hamısı istisna olunur.
Qeyd edək ki, Devyisin "Bayern" ilə hazırkı müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. Cari mövsümdə 24 yaşlı kanadalı bütün turnirlərdə 23 matçda iştirak edib, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qutb