Şabranda doğuş zamanı ana və körpəsi ölüb.
Publika.az xəbər verir ki, hadisə Şabran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Qasımova Nailə Əlihüseyn qızı körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.