BMT Baş katibi Antoniu Quterreş İran İslam Respublikasına başsağlığı verib.QÜTB.AZ xəbər verir ki, Baş katib İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin vəfatından dərin kədərləndiyini bildirib:
"Mərhumların ailələrinə, İran İslam Respublikası hökumətinə və xalqına səmimi başsağlığı verirəm".
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.