18.12.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Həmkarlar ittifaqları respublikanın ictimai və sosial həyatında önəmli yer tutur

16 dek 2025 11:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycan həmkarlar ittifaqları çoxşaxəli fəaliyyəti, əmək münasibətlərinin inkişafında rolu və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə verdiyi töhfələrlə respublikanın ictimai və sosial həyatında önəmli yer tutur.

Qutb.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizdə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılır. Müasir dövrün çağırışlarına çevik uyğunlaşmaq, həmkarlar ittifaqları üzvləri ilə sıx əlaqələr qurmaq, xidmətləri rəqəmsallaşdırmaq, müvafiq sahələrdə süni intellektin tətbiqi imkanlarını genişləndirmək, xidmət keyfiyyətini və məmnunluq səviyyəsini yüksəltmək xüsusi əhəmiyyət daşıyır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
163 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur