18.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

KRİTİK GƏLİŞMƏ: Fransa ordusu Rusiyaya qarşı döyüşə girib?

20 yan 2024 18:00
GÜNDƏM
ads

Fransa müdafiə naziri Sebastyan Lekorn Rusiya Müdafiə Nazirliyinin Xarkov vilayətində Ukrayna ordusunun sıralarında döyüşən çoxlu sayda fransız muzdlusunun öldürülməsi ilə bağlı bəyanatını təkzib edib.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf.com məlumat yayıb.

Bildirilib ki, o, Fransanın Ukraynaya hərbçi göndərmədiyini deyib.

“Fransanın bəzilərindən fərqli olaraq nə Ukrayna, nə də başqa yerdə muzdlu hərbçiləri var”, - nazir Rusiyanın bəyanatını “spekulyasiya” adlandırıb.

Bununla yanaşı, Lekorn etiraf edib ki, Ukraynada döyüşən Fransa vətəndaşları ola bilər:

“Ukrayna hərbi geyimində döyüşmək üçün bu ölkəyə gedən fransız mülki şəxslər var. Biz onlara qadağa qoya bilmərik, biz demokratik ölkəyik. Bu insanların Fransa silahlı qüvvələri ilə heç bir əlaqəsi yoxdur, fransız hərbi forması geyinmir və Fransa hərbi qurumları ilə əlaqələri mövcud deyil”.

Rusiya Müdafiə Nazirliyi yanvarın 17-də Ukraynanın Xarkov vilayətində çoxlu sayda Fransa muzdlusunun öldürüldüyünü açıqlamışdı. (Teleqraf.com)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur