Türkiyənin Beylikdüzü rayonunda 4 yaşlı oğlu Məhəmməd Tahanı ürəyindən bıçaqlayıb, daha sonra boğazını kəsərək qətlə yetirən Sarah Olabiyə hökm oxunub.
Publika.az xəbər verir ki, o, psixoloji xəstəliyi səbəbiylə cəzalandırılmayıb.
Bakırköy 24-cü Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə iclasında şübhəli Sarah Olabi saxlanıldığı həbsxanadan Audio və Video İnformasiya Sistemi (SEGBİS) vasitəsilə iştirak edib.
Müttəhim Olabi məhkəmədə deyib: “11 ildir ki, psixoloji vəziyyətimlə bağlı dərman istifadə edirəm. Hadisədən bir həftə əvvəl anam və körpəmlə İstanbula gəldik. İstanbulda narahatlığım artdı. Gecə yuxuda kabus gördüm. Yuxumda gördüm ki, oğlumu əlimdən alacaqlar. Balamı öldürdüm ki, onu əlimdən almasınlar. Uşağımı itirmişəm, hələ də inanmıram. Sanki bunu başqası edib. Mən uşağımı sevirəm, azadlığa çıxmaq istəyirəm”.
İddianamədə Sarah Olabi üçün özünü müdafiə edə bilməyən uşağı dəhşətli bir hisslə və ya işgəncə verərək qəsdən öldürmə cinayətindən ağırlaşdırılmış ömürlük həbs istənilib. Lakin o, cəzalandırılmayıb.
Roza Şəfiyeva